...

Pakistanlı Sadik Xan London meri olmağa çox yaxındır

Dünya xəbərləri Materials 6 May 2016 19:21 (UTC +04:00)
Böyük Britaniyanın Leyboristlər Partiyasının Pakistan əsilli namizədi Sadik Xan London meri vəzifəsinə keçirilən seçkilərdə səslərin 45 faizini qazanmaqla liderlik edir.
Pakistanlı Sadik Xan London meri olmağa çox yaxındır

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın Leyboristlər Partiyasının Pakistan əsilli namizədi Sadik Xan London meri vəzifəsinə keçirilən seçkilərdə səslərin 45 faizini qazanmaqla liderlik edir. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Son məlunatlara əsasən, seçkilərdə bülletenlərin artıq 60 faizi sayılıb. Nəticələrə görə, S.Xanın Mühafizəkarlar Partiyasından əsas rəqibi Zak Qoldsmit 35 faiz səs yığa bilib. Ekspertlərin fikrincə, əldə edilən 10 faiz üstünlük S.Xanı mer vəzifəsinə əsas lider edir.

Qələbə nəticəsində son 8 il ərzində Leyboristlər Partiyası ilk dəfə öz namizədini belə yüksək vəzifəyə irəli çəkə biləcək.

Bundan başqa, S.Xan London meri vəzifəsində ilk müsəlman olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti