...

Türkiyədə deputatlar toxunulmazlıqdan məhrum edildilər

Dünya xəbərləri Materials 20 May 2016 17:07 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi deputatların toxunulmazlıq hüququndan məhrum edilməsinə dair qanun layihəsini bəyənib.
Türkiyədə deputatlar toxunulmazlıqdan məhrum edildilər

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə Böyük Millət Məclisi deputatların toxunulmazlıq hüququndan məhrum edilməsinə dair qanun layihəsini bəyənib.

Trend-in məlumatına əsasən, qanunun qəbul edilməsinin lehinə deputatların əksəriyyəti səs verib.

Qərara əsasən, qanun ölkədə xüsusi referendum keçirilmədən qüvvəyə minəcək.

Qanun Türkiyə Prezidenti tərəfindən imzalandıqdan və rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti