Bak. Rufiz Hafizoğlu - Trend:
İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı son 30 ildən çox müddət ərzində Türkiyə hava limanlarında baş vermiş ən qanlı teraktlardan biridir.
Türkiyə hava limanında ilk terror aktı 1982-ci ilin 7 avqust tarixində Ankarının Esenboğa hava limanında törədilib. ASALA erməni terror təşkilatının törətdiyi terror aktı nəticəsində 9 nəfər ölmüşdü.
İkinci terror aktı 2015-ci il dekabrın 23-də İstanbulun Sabiha Gökçən hava limanında baş verib. Hava limanı ərazisində açılan atəş nəticəsində 1 nəfər həlak olmuşdu. Teraktı PKK terror təşkilatı törətmişdi.
Üçüncü terakt isə iyunun 28-də baş verib. İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb. Teraktı İŞİD terror təşkilatının silahlıları törədiblər.