...

Atatürk hava limanındakı teraktda ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib

Dünya xəbərləri Materials 29 İyun 2016 13:17 (UTC +04:00)
Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib.
Atatürk hava limanındakı teraktda ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, ölənlərin 23-ü Türkiyə, 5-i Səudiyyə Ərəbistanı, 2-si İraq, 1 nəfər olmaqla Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşlarıdır.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti