...

Atatürk hava limanındakı terror aktında ölənlərin sayı 41 nəfərə çatdı

Dünya xəbərləri Materials 29 İyun 2016 14:26 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatdı.
Atatürk hava limanındakı terror aktında ölənlərin sayı 41 nəfərə çatdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatdı. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, onlardan 13-ü əcnəbidir.

Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti