...

ABŞ İraqa əlavə hərbçi göndərir

Dünya xəbərləri Materials 11 İyul 2016 17:35 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İŞİD terror qruplaşması ilə mübarizə üçün ABŞ İraqa əlavə olaraq 560 hərbçi yollayacaq.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

Hərbçilər terrorçular tərəfindən zəbt edilmiş Mosul şəhərinin azad edilməsində, yerli qoşunların planlaşdırmaya dair əməliyyatlarında iştirak edəcəklər.

Beləliklə, İraqda ABŞ hərbçilərinin sayı 4650-ə çatacaq.

Hazırda E.Karter İraqda elan olunmamış səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti