...

Corc Buş dəfn mərasimində oynadı (VİDEO)

Dünya xəbərləri Materials 13 İyul 2016 13:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın keçmiş Prezidenti Corc Buş (oğul) Dallasda atışma zamanı ölənlərin dəfn mərasimində rəqs edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, mərasimdə “Respublikanın hərbi himni” mahnısının sədaları atında rəqs edərək yanında dayanan ABŞ-ın birinci xanımı Mişel Obamaya tərəf baxaraq gülümsəyib.

C.Buşun bu davranışı sosial şəbəkə istifadəçilərinin sərt tənqidlərinə tuş gəlib.

Qeyd edək ki, iyulun 8-də Dallasda Əfqanıstan müharibəsinin qara dərili veteranı Mika Consounun polislərə atəş aşması nəticəsində 5 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti