Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq, 7850 polis işdən azad edilib.
Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Nəşr yazır ki, bazar günü gecədən Türkiyədə hüquq-mühafizə orqanlarında qiyamçıların aşkar edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilir. Xidmətdən kənarlaşdırılmış polislərdən nişanları və silahları alınıb.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.