Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə sahil-mühafizə qayığı yük qayığı ilə toqquşub, qəza nəticəsində batıb. Trend bu barədə Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
İlkin məlumatlara görə, qayıqda 5 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.