...

Ərdoğan: Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir

Dünya xəbərləri Materials 4 Sentyabr 2016 11:49 (UTC +04:00)
Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir
Ərdoğan: Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir

Bakı. Trend:

Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir. Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.

"Biz istəmirik ki, ölkəmizin cənub bölgəsində terror təhlükəsi yaşansın. ABŞ-a Fəthullah Gülənin ekstradisiyası ilə bağlı sənədlər göndərilib ", - Ərdoğan deyib.

Türkiyənin prezidenti qeyd edib ki, Suriya qaçqınlarının problemi tək Ankaranın problemi deyil.

Həmçinin Ərdoğan əlavə edib ki, ABŞ-a Türkiyənin ədliyyə nazirinin və daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti gedəcək, orada Gülənin ekstradisyası ilə bağlı danışıqlar aparılacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti