...

Dövlət Dumasına keçirilmiş seçkilərdə seçki fəallığı 47,81 faiz təşkil edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2016 11:51 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərdə ilkin məlumata görə, seçki fəallığı 47,81 faiz təşkil edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

Protokolların 93 faizdən çoxunun hesablanmasının nəticələri: "Yedinaya Rossiya" 54,28 faiz, KPRF 13,45 faiz, LDPR 13,24 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti