...

Samsung Note brendi ləğv edilir

Dünya xəbərləri Materials 12 Oktyabr 2016 20:39 (UTC +04:00)
Cənubi Koreyanın Samsung Electronics şirkəti Note brendindən imtina edir.
Samsung Note brendi ləğv edilir

Bakı. Trend:

Cənubi Koreyanın Samsung Electronics şirkəti Note brendindən imtina edir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın baş ofisindən məlumat verilib: "Samsung Electronics rəhbərliyi Note brendinin istifadəsindən imtina ilə bağlı məsələyə baxır. Sonuncu hadisə bu brendin nüfuzunu məhv edib".

Qeyd edək ki, “Samsung Electronics” şirkəti “Galaxy Note 7”nin akkumlyatorunun alovlanması hallarından sonra smartfonun satışını və dəyişdirilməsini sentyabrın 2-dən müvəqqəti dayandırmışdı.

Oktyabrın 11-dən isə “Galaxy Note 7” smartfonunun istehsalı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti