Bakı. Trend:
İranın ali lideri Ayətullah Əli Xameneyi ölkənin Silahlı Qüvvələr komandanlığında yerdəyişmələri edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ayətullah Əli Xameneyi briqada generalı Əhməd Reza Purdəstanın İran ordusunun baş komandanının müavini təyin edib.
Briqada generalı Kiomars Heydəri isə ölkənin quru qoşunlarının komandanı vəzifəsinə təsdiqlənib.
Ayətullah Əli Xameneyi briqada generalı Əbdürrəhman Müsaviyə isə xidmətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, əvvəllər Purdəstan ölkənin quru qoşunlarının rəhbəri, Heydəri isə onun müavini idi.