...

İndoneziyada yaralıların sayı 300-ə çatır (YENİLƏNİB-2) (FOTO)

Dünya xəbərləri Materials 7 Dekabr 2016 13:51 (UTC +04:00)
Yaralılardan 73 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İndoneziyada yaralıların sayı 300-ə çatır (YENİLƏNİB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 03:34-də yayılıb)

Bakı. Trend:

Son məlumatlara əsasən, zəlzələ nəticəsində təxminən 300 nəfər xəsarət alıb, 92 nəfər həlak olub.

Trend "Detik.com" portalına istinadən xəbər verir ki, yaralılardan 73 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

X X X

10:30

İndoneziyada baş vermiş güclü zəlzələ nəticəsində Sumatra sahillərində həlak olanların sayı 54 nəfərə çatıb.

Bu barədə Trend "Assoşieyted Press" agentliyinə istinadən məlumat verir.

78 nəfərin ciddi xəsarət aldığı bildirilir.

X X X

06:36

İndoneziyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

X X X

03:34

İndoneziyanın şimal sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Siqli yaşayış məntəqəsindən 21 kilometr şərqdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir. Onlarla ev dağılıb.

Sunami təhlükəsi qeyd olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti