...

İrkutskda fövqəladə vəziyyət elan olundu - SƏBƏB?

Dünya xəbərləri Materials 19 Dekabr 2016 18:38 (UTC +04:00)
"Yemişan"məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar İrkutskda fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edilib.
İrkutskda fövqəladə vəziyyət elan olundu - SƏBƏB?

Bakı. Trend:

İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

İctimai Palatada isə müvəqqəti olaraq "Yemişan" məhlulunun satışının qadağan edilməsi barədə fikir səsləndirilib.

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

İrkutsk Daxili İşlər İdarəsinin məlumatına görə, şəhərdə kütləvi zəhərlənmə faktı ilə bağlı polis tərəfindən daha 5 nəfər saxlanılıb. Qeyd edək ki, öncə 2 nəfərin saxlanılması barədə xəbər verilmişdi.

Şəhər meriyası fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti