...

Türkiyə qırıcıları Suriyada 11 İŞİD-çini zərərsizləşdirib

Dünya xəbərləri Materials 11 Yanvar 2017 11:31 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Zərbələr İŞİD terror təşkilatına məxsus 12 məntəqəyə endirilib. Nəticədə 11 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti