...

Güclü qasırğa Fransanı işıqsız qoydu

Dünya xəbərləri Materials 13 Yanvar 2017 09:50 (UTC +04:00)
Fransada 230 min ev elektrik enerjisiz qalıb.
Güclü qasırğa Fransanı işıqsız qoydu

Bakı. Trend:

Fransada 230 min ev elektrik enerjisiz qalıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, daha öncə 190 evin və əsasən Fransanın şimal hissəsində elektrik enerjisiz qalması barədə məlumat verilmişdi.

Fransanın zülmətə qərq olmasının səbəbi kimi isə güclü qasırğa göstərilir. "Enedis" operator şirkətinin verdiyi məlumata görə, qasırğa nəticəsində əsasən Pikardiya, Normandiya, Şampan-Arden, Lotaringiyada elektrik enerjisi xətlərinə ziyan dəyib.

Problemin aradan qaldırılmaslı üçün mindən artıq texnik işə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti