Bakı. Trend:
Madaqaskarda toy karvanı qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, paytaxt Antananarivudan 90 kilometr şimal-şərqdə yerləşən Andjozorob şəhərində, yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub, 24 nəfər xəsarət alıb.
Andjozorob şəhər merinin sözlərinə görə, təxminən 70 nəfəri dasıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.