Bakı. Trend:
Avstraliyada 35 il ərzində katolik ruhanilərini uşaqbazlıqda ittiham edən 4500 müraciət qeydə alınıb.
Trend-in məlumatına görə, 1950-2010-cu illər ərzində ölkədəki bütün katolik ruhanilərinin 7 faizi uşaqbazlıqda ittiham olunub.
Qadın cinsindən olan qurbanların orta yaşı 10.5, kişi cinsindən isə 11.5-dir. Onların ümumi sayı isə dəqiq bilinmir.