Bakı. Trend:
İraqın paytaxtı Bağdadda etiraz aksiyası olub.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə seçki sistemində islahatların aparılmasını tələb ediblər.
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Toqquşmada 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.