...

Tokioda kredit şirkətində insident - Ölən və yaralanan var

Dünya xəbərləri Materials 15 Fevral 2017 09:11 (UTC +04:00)
Tokio yaxınlığında İbaraki rayonunda odlu silahla insident baş verib.
Tokioda kredit şirkətində insident - Ölən və yaralanan var

Bakı. Trend:

Tokio yaxınlığında İbaraki rayonunda odlu silahla insident baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə səhər saatlarında Kamisu şəhərində kredit şirkətlərindən birində baş verib. Polisin yaydığı məlumata görə, şirkət əməkdaşlarından biri öz həmkarlarına silahla atəş açdıqdan sonra hadisə yerindən qaçıb.

Atəş nəticəsində 2 nəfər güllə yarası alıb ki, onlardan biri elə hadisə yerində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti