...

Barselona Olimpiadasının talismanı ölüb

Dünya xəbərləri Materials 17 Fevral 2017 09:41 (UTC +04:00)
Olimpiya Oyunlarının talismanının şərəfinə adlandırılan Kobi ləqəbli panda ölüb.
Barselona Olimpiadasının talismanı ölüb

Bakı. Trend:

1992-ci il Barselonada keçirilən Olimpiya Oyunlarının talismanının şərəfinə adlandırılan Kobi ləqəbli panda ölüb. Trend-in məlumatına görə, panda 25 yaşında Çinin cənub-qərbində Çendu şəhərində heyvanxanada ölüb.

Qeyd edək ki, insan yaşı ilə müqayisədə bu panda üçün 75 yaş deməkdir.

Panda 1992-ci il iyulun 26-da doğulduğu üçün və həmin gün Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşdüyü üçün Beynəlxalq Olimpiya Komitəsinin həmin dövrdəki prezidenti Xuan Antonio Samarnç tərəfindən talisman adlandırılıb.

Panda yanvarın 31-də komaya düşüb və bütün səylərə baxmayaraq, fevralın 2-də ölüb.

Xəbər lenti

Xəbər lenti