Bakı. Trend:
Avstraliya hüquq-mühafizə orqanları tərəfindən ölkənin cənub-şərqində geniş antiterror əməliyyatları keçirilib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində Yeni Cənubi Uels ştatının Yanq şəhərində 1 nəfər 42 yaşlı şəxs saxlanılıb.
Avstraliya baş naziri Malkolm Ternbull əməliyyatla bağlı bildirib ki, həmin şəxs İŞİD terror təşkilatı üzvlərinə silahların hazırlanması və aşkar edilməsi ilə bağlı texnologiyaları ötürməyə çalışıb.