...

Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşı ömürlük həbs edildi

Dünya xəbərləri Materials 9 Mart 2017 16:28 (UTC +04:00)
Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib.
Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşı ömürlük həbs edildi

Bakı. Trend:

Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.

Bundan başqa, A.Filiz ötən ilin mayında meyiti tapılmış müəllimə Fatma Kayıkçını qətlə yetirməkdə günahlandırılır.

Ötən ilin iyununda tutulan qatil Yunanıstana qaçmağa hazırlaşdığını bildirmişdi.

Qeyd edək ki, A.Filiz Yaxın Şərq Texniki Universitetinin Biologiya fakültəsində doktorluq dərəcəsi almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti