...

Pensiyaçılar metrodan pulsuz istifadə edəcəklər

Dünya xəbərləri Materials 10 Mart 2017 08:57 (UTC +04:00)
Daşkənddə pensiyaçılar metropolitenin xidmətlərindən pulsuz istifadə edəcəklər.
Pensiyaçılar metrodan pulsuz istifadə edəcəklər

Daşkənd. Dəmir Əzizov - Trend:

Martın 15-dən Özbəkistanın paytaxtı Daşkənddə pensiyaçılar metropolitenin xidmətlərindən pulsuz istifadə edəcəklər.

Trend-in məlumatına görə, ölkə Nazirlər Kabinetinin qərarına əsasən, bu, yalnız saat 10:00-dan 16:00-a qədər mümkün olacaq.

Metroda ödənişsiz istifadə etmək üçün yalnız pensiya kitabçasını metropoliten əməkdaşına təqdim etmək yetərli olacaq.

Bundan sonra metropoliten əməkdaşı onlara xüsusi jeton təqdim edəcək ki, pensiyaçılar həmin jetonla xüsusi ayrılmış turniketdən keçməklə metropolitenin xidmətindən istifadə edə bilsinlər.

Xəbər lenti

Xəbər lenti