...

Argentina senatı qərar qəbul etdi: Marixuanadan istifadə etmək olar

Dünya xəbərləri Materials 30 Mart 2017 06:00 (UTC +04:00)
Argentina senatı (parlamentin yuxarı palatası) martın 29-u marixuananın tibbi məqsədlərlə istifadəsinə icazə verən qanun lahiyəsinin lehinə səs verib
Argentina senatı qərar qəbul etdi: Marixuanadan istifadə etmək olar

Bakı. Trend:

Argentina senatı (parlamentin yuxarı palatası) martın 29-u marixuananın tibbi məqsədlərlə istifadəsinə icazə verən qanun lahiyəsinin lehinə səs verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təşəbbüsü iclasda iştirak edən bütün 58 senator dəstəkləyib.

İmzalanması üçün prezidentə göndərilən qanun, epilepsiya, xroniki xəstəlikləri, fibromialgiya və bir sıra digər xəstəliklərin müalicəsi üçün çətənə yağının ölkəyə gətirilməsinə və istifadəsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti