...

Yeni Zelandiya son 50 ilin ən güclü qasırğası qarşısında

Dünya xəbərləri Materials 13 Aprel 2017 16:24 (UTC +04:00)
Yeni Zelandiya son 50 il ərzində ən güclü qasırğaya hazırlaşır.
Yeni Zelandiya son 50 ilin ən güclü qasırğası qarşısında

Bakı. Trend:

Yeni Zelandiya son 50 il ərzində ən güclü qasırğaya hazırlaşır.

Trend-in məlumatına görə, yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini qərara alıb, ölkənin bir neçə bölgəsində isə fövqəladə vəziyyət elan olunub.

Yerli sinoptiklərin proqnozuna görə, "Kuk" qasırğasının yaxınlaşması səbəbindən bir sıra bölgələrdə leysan, dalğaların hündürlüyünün 5 metr, küləyinin sürətinin isə 41 m/s olacağı gözlənilir.

Artıq 300-ə yaxın təhsil müəssisəsi bağlanıb, bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bir sıra ölkədaxili aviareyslər təxirə salınıb.

Qeyd edək ki, Yeni Zelandiyada axırıncı dəfə belə siklon 1968-ci ildə qeydə alınmışdı. Həmin vaxt 50-dən çox şəxs həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti