...

Bakıda "Toyota" yanıb

Dünya xəbərləri Materials 23 Aprel 2017 18:17 (UTC +04:00)
Bakıda "Toyota" markalı minik avtomobil yanıb
Bakıda "Toyota" yanıb

Bakı. Trend:

Bakıda "Toyota" markalı minik avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus “TOYOTA” markalı minik avtomobilinin ön hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti