Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı bölgəsində və Suriyanın şimal-şərqində hava əməliyyatları keçirilib.
Trend-in məlumatına görə, əməliyyatlar zamanı qırıcılar tərəfindən PKK terror təşkilatının bütün mövqelərinin vurulduğu bildirilir.
Baş Qərargahın məlumatında deyilir ki, Suriyanın və İraqın şimali Türkiyəyə terrorçu, silah-sursat, partlayıcı maddələr keçirmək məqsədilə son vaxtlarda ən çox istifadə edilən ərazilərdir.
Qeyd olunur ki, əməliyyatlar sonuncu terrorçu zərəsizləşdirilənə qədər davam etdiriləcək.