Bakı. Trend:
"İrəli" hərəkatının lideri Emmanuel Makron Fransa prezidenti seçkilərinin ikinci turunda 65,9% səslə qələbə qazanır.
Trend-in BFM TV telekanalına istinadən verdiyi məlumata görə, bu haqda Elabe tədqiqat institutu xəbər verir.
Telekanalın məlumatına görə, "Milli cəbhə" partiyasının lideri Marin Le Pen 34,1% səs yığıb.