...

İstanbulda Fond Birjasının 50-dən artıq keçmiş əməkdaşı saxlanıldı

Dünya xəbərləri Materials 12 May 2017 11:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə polisi İstanbul Fond Birjasının 53 keçmiş əməkdaşını saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, onlar ötən ilin iyul ayında Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətulla Gülən hərəkatı ilə əlaqədə şübhəli biliniblər.

Bildirilir ki, xüsusi əməliyyat Fond Birjasının keçmiş əməkdaşlarının yaşadıqları ünvanlarda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti