Bakı. Trend:
Yelisey Sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini açıqlayıb.
Trend-in məlumatına görə, Fransanın daxili işlər naziri Lion şəhərinin meri Jerar Kolon olub.
Fransanın müdafiə naziri postuna isə Avropa Parlamentinin deputatı Silvi Qular təyin edilib. Keçmiş müdafiə naziri Le Drian isə Fransanın yeni xarici işlər naziri olub.