...

ABŞ və Meksika transmilli cinayətkarlıqla mübarizəni müzakirə edəcəklər

Dünya xəbərləri Materials 18 May 2017 04:09 (UTC +04:00)
ABŞ dövlət katibi Reks Tillerson və daxili təhlükəsizlik naziri Con Kelli Meksika tərəfdaşları ilə transmilli cinayətkar təşkilatlarla mübarizə üçün strategiyanın hazırlanması üzrə danışıqlar aparacaqlar
ABŞ və Meksika transmilli cinayətkarlıqla mübarizəni müzakirə edəcəklər

Bakı. Trend:

ABŞ dövlət katibi Reks Tillerson və daxili təhlükəsizlik naziri Con Kelli Meksika tərəfdaşları ilə transmilli cinayətkar təşkilatlarla mübarizə üçün strategiyanın hazırlanması üzrə danışıqlar aparacaqlar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Meksika nümayəndə heyətinin tərkibində xüsusən, xarici işlər naziri Luis Videqaray olacaq.

Məlumatda deyilir ki, bu görüş "təhlükəsizlik məsələləri üzrə iki ölkə arasında məhsuldar dialoqun davamı" olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti