...

Sərnişin təyyarəsi geri qayıtmalı oldu- Bombaya görə

Dünya xəbərləri Materials 31 May 2017 20:25 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın Melburn şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura uçan "Malaysia Airlines" aviaşirkətinə məxsus təyyarə aeroporta geri qayıtmalı olub.

Trend-in məlumatına görə, pilotun kabinəsinə daxil olmağa çalışan sərnişin üzərində bomba olduğunu bəyan edib.

Məlumata görə, təyyarə Melburn aeroportuna eniş edib. Sərnişin saxlanılıb. Hazırda hava limanının bağlı olduğu, bütün uçuşların təxirə salındığı xəbər verilir. Gələn təyyarələr isə başqa aeroportlara yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti