...

Cənubi Koreya Qış Olimpiya Oyunlarını Şimali Koreya ilə birgə keçirə bilər

Dünya xəbərləri Materials 21 İyun 2017 12:15 (UTC +04:00)
Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çjon Hvan gələn il Pxönçxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının Şimali Koreya ilə birgə təşkil olunması məsələsinin nəzərdən keçirildiyini deyib
Cənubi Koreya Qış Olimpiya Oyunlarını Şimali Koreya ilə birgə keçirə bilər

Bakı. Trend:

Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çjon Hvan gələn il Pxönçxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının Şimali Koreya ilə birgə təşkil olunması məsələsinin nəzərdən keçirildiyini deyib.

Trend-in məlumatına görə, bu məsələ iyun ayının sonunda Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxın və Şimali Koreya Milli Olimpiya Komitəsindən nümayəndə heyətinin Cənubi Koreyaya səfəri zamanı müzakirə olunacaq.

İlkin olaraq, dağ xizəyi yarışları üçün Şimali Koreyada yerləşən Masikrön dağ kurortunun istifadə olunması nəzərdə tutulur.

Bundan başqa, qadınlar arasında hokkey yarışlarında bir komanda ilə çıxış etmək məsələsi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti