Bakı. Trend:
Misir hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Misirdə fövqəladə vəziyyət rejimi İsgəndəriyyə və Tanta kilsələrində baş verən partlayışlardan sonra ölkə prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən elan edilmişdir.
Qeyd edək ki, partlayışlar aprelin 9-u bir neçə saat fərqi ilə baş verib. Tanta kilsəsində partlayış nəticəsində 30 nəfər həlak olub, 80 nəfər yaxın insan yaralanıb, İsgəndəriyyə kilsəsində isə partlayış nəticəsində 4 polis əməkdaşı həlak olub.