Bakı. Trend:
Liviya ordusu Benqazi şəhərini terrorçulardan tam azad edib.
Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, bunu ordunun komandiri Xəlifə Həftar video müraciət zamanı bəyan edib.
"Hərbi qüvvələr sizə şad xəbər verir - Benqazi şəhərinin terrorçulardan azad olunması haqqında. Benqazi tam olaraq azad olunub", - Həftar deiyb.