Bakı. Trend:
G20 ölkələri 2025-ci ilə qədər uşaq əməyinin, məcburi əməyin, insan alverinin aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməsinin zəruriliyi bildiriblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Böyük iyirmilik" (G20) sammitinin yekunları üzrə kommyunikedə deyilir.
"Biz 2025-ci ilə qədər uşaq əməyinin, məcburi əməyin, insan alverinin aradan qaldırılması üçün təcili və səmərəli tədbirlər görəcəyik", - kommyunikedə deyilir.
Qeyd edək ki, G20 sammiti Hamburqda 7-8 iyul keçirilir.