Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın Polşaya və G20 Sammitinə səfəri "çox məhsuldar" oldu.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser deyib.
Qeyd edək ki, Donald Tramp iyulun 10-da Polşaya səfər edib və ölkənin rəhbərliyi ilə görüşüb.
Hamburqda keçirilən G20 Sammitində Tramp bir neçə ikitərəfli görüşlər keçirib. Bundan əlavə o, ilk dəfə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.