...

Benqazinin hava limanı yenidən uçuşlar üçün açılıb

Dünya xəbərləri Materials 15 İyul 2017 20:24 (UTC +04:00)
Liviyada Benqazi şəhərinin "Benina" beynəlxalq hava limanı yenidən kommersiya uçuşları üçün açılıb
Benqazinin hava limanı yenidən uçuşlar üçün açılıb

Bakı. Trend:

Liviyada Benqazi şəhərinin "Benina" beynəlxalq hava limanı yenidən kommersiya uçuşları üçün açılıb.

Trend-in , RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verib.

Qeyd edək ki, Benqazi hava limanı Liviyada baş verən silahlı toqquşmalar səbəbindən 3 il bağlı idi.

İŞİD tərəfindən ələ keçirilən Liviyanın ikinci ən mühüm şəhəri olan Benqazi bu ayın əvəlində Liviya ordusu tərəfindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti