Bakı. Trend:
Kanadanın qərbində Britaniya Kolumbiyası əyalətində meşə yanğınları nəticəsində təxminən 37 min nəfər evakuasiya edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CBC telekanalı xəbər verir.
Bir həftə öncə evakuasiya olunanların sayı təxminən 14 min nəfər idi.