...

Putin və Tramp G20 sammiti zamanı 2-ci dəfə görüşüblər

Dünya xəbərləri Materials 19 İyul 2017 06:39 (UTC +04:00)
ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp Hamburqda G20 sammiti çərçivəsində təşkil edilən şam yeməyindən sonra qısa söhbət aparıblar
Putin və Tramp G20 sammiti zamanı 2-ci dəfə görüşüblər

Bakı. Trend:

ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp Hamburqda G20 sammiti çərçivəsində təşkil edilən şam yeməyindən sonra qısa söhbət aparıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Ağ evin nümayəndəsi bildirib.

Qeyd olunur ki, söhbəti tam görüş kimi qiymətləndirmək olmaz.

Söhbət zamanı prezidentlər savayı yalnız rusiyalı tərcüməçi iştirak edib. Amerika liderinin tərcüməçisinin rus dilini bilmədiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti