Bakı. Trend:
Böyük Britaniya hökuməti İstanbulun "Sabiha Gökçen" hava limanından gələn reyslərdə əl yükündə elektron qurğuların keçirilməsi ilə bağlı məhdudiyyəti ləğv edib.
Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda Böyük Britaniyanın nəqliyyat Nazirliyindən bildirib.
Məlumata görə, qərar İstanbulun ikinici ən böyük hava limanında əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi yoxlanıldıqdan sonra qəbul edilib.