...

Çində avtobus qəzası - 36 ölü, 13 yaralı

Dünya xəbərləri Materials 11 Avqust 2017 10:39 (UTC +04:00)
Çinin şimal-qərbində Şensi vilayətində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Çində avtobus qəzası - 36 ölü, 13 yaralı

Bakı. Trend:

Çinin şimal-qərbində Şensi vilayətində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, vilayətin İctimai Təhlükəsizlik İdarəsinin yaydığı xəbərə görə, qəza nəticəsində 36 nəfər ölüb, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtobus Çendu şəhərindən Loyan şəhərinə hərəkət edirmiş. Pekin-Kunmin sürətli tras yolunda məlum olmayan səbəblərdən avtobus tunelə daxil olarkən divara çırpılıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti