...

Türkiyə köhnə SES-ləri modernləşdirəcək

Dünya xəbərləri Materials 15 Avqust 2017 18:22 (UTC +04:00)
Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək.
Türkiyə köhnə SES-ləri modernləşdirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, hazırda ölkədə dövlət və özəl sektora aid SES-lər mövcuddur.

O əlavbə edib ki, Türkiyədə bütün su elektrik stansiyaları ətraf mühitin mühafizəsi üzrə tələblərə cavab verməlidir: "Bununla əlaqədar fəaliyyətdə olan bütün SES-lərin modernləşdirilməsi aparılacaq".

Xatırladaq ki, Türkiyədə ilk SES 1902-ci ildə Mersin vilayətinin Tartus şəhərində tikilib. Hazırda ölkədə 600 su elektrik stansiyası fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti