Bakı. Trend:
Hindistanın Carkhand ştatında 15 nəfəri taptalayaraq öldürən və bir neçə evə zərər vuran aqressiv fil güllələnib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 20-25 yaşlı erkək fil aqressivliyi ilə seçilirdi və o, mart ayından indiyə qədər Carkxand ştatında 11 nəfəri, qonşu Bihar ştatında isə 4 nəfəri öldürüb.
Qeyd edək ki, müxtəlif hesablamalara əsasən, Hindistanda 30 minə yaxın vəhşi fil var.