...

Kosovanın ilk Baş naziri İstanbulda vəfat etdi

Dünya xəbərləri Materials 21 Avqust 2017 17:47 (UTC +04:00)
Bayram Rəcəbi İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Kosovanın ilk Baş naziri İstanbulda vəfat etdi

Bakı. Trend:

Kosovanın 1999-cu ildə BMT-yə üzv olmasından sonra Baş nazir kimi fəaliyyətə başlayan və ölkənin ilk Baş naziri kimi tarixə düşən Bayram Rəcəbi İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Trend-in məlumatına görə, Kosovada olarkən beyninə qan sızan siyasətçi bir müddət öncə Türkiyəyə müalicə məqsədilə gəlmişdi.

Onun cənazəsi vətəninə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti