Bakı. Trend:
Meksika sahillərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Trend-in məlumatına görə, maqnitudası 8.4 olan yeraltı təkanlar zamanı qeydə alınan dağıntılar nəticəsində Oahaka ştatında 23, Çyapasda 7, Tabasko ştatında isə 2 nəfər həlak olub.
Bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.
Meksika Prezidenti Enrike Penya Nieto bu təbiət hadisəsini son 100 ilin ən güclü zəlzələsi adlandırıb.