Bakı. Trend:
Rusiya, Türkiyə və İran deeskalasiya zonalarında nəzarət məqsədilə birgə koordinasiya mərkəzi yaradacaqlar. Trend-in məlumatına görə, bu barədə qərar Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə keçirilən danışıqlar çərçivəsində "qarant-ölkələr" tərəfindən qəbul olunub.
Bununla bağlı birgə bəyanatın mətnini Qazaxıstan XİN-in rəhbəri Kayrat Abdrahmanov oxuyub.