...

Böyük Britaniyada terror təhlükəsi ən yüksək səviyyəyə qədər qaldırılıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2017 01:14 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada terror təhlükəsi ən yüksək "kritik" səviyyəyə qədər qaldırılıb.

Trend-in məlumatına görə, terror təhlükəsi bu səviyyəyə son 6 ayda artıq ikinci dəfə qaldırılır.

"Kritik" səviyyə - maksimum mümkün olan səviyyədir və bu o deməkdir ki, yeni terror aktı an ola bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Pasons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti